Sağlam gələcək düzgün diaqnostikadan başlayır
Genetik laboratoriya, MRT, KT, USM və 21 istiqamət üzrə həkim qəbulu bir ünvanda. Bakıdan və Türkiyədən dəvət olunan mütəxəssislər də burada qəbul edir: Gəncədə.
Şikayətinizə uyğun şöbəni seçin
Hamiləlik planından uşağın inkişafına qədər bir ünvanda izləmə.
İrsi xəstəliklərin təyini, hamiləlik skrininqi və klinik analizlər.
MRT, KT, rentgen, USM və ürək müayinələri gecə-gündüz.
Endokrin, sinir, tənəffüs, qan və infeksion xəstəliklər.
Endokrinologiya və diyetologiya
Şəkərli diabet, tiroid və çəki problemləri
Nevrologiya
Baş ağrısından hərəkət pozğunluqlarına
Pulmonologiya və allerqologiya
Tənəffüs yolları və allergik xəstəliklər
Hematologiya
Qan xəstəlikləri
İnfeksion xəstəliklər və hepatologiya
Hepatitlər, qızdırma və infeksiyalar
Revmatologiya
Oynaq və birləşdirici toxuma xəstəlikləri
Cərrahi ixtisaslar, fizioterapiya və reabilitasiya.
Mammologiya və süd vəzi sağlamlığı
Erkən müayinə və cərrahi müalicə
Ortopediya və travmatologiya
Sınıq, oynaq və onurğa problemləri
Flebologiya: damar xəstəlikləri
Varikoz və ayaq yaraları
Andrologiya və kişi sağlamlığı
Kişi sonsuzluğu və prostat xəstəlikləri
Qulaq-burun-boğaz (LOR)
Otorinolarinqologiya
Fizioterapiya və reabilitasiya
Hərəkətin bərpası
Stomatologiya
Diş və diş əti sağlamlığı
Yaxın günlərdə Gəncədə
Paytaxtdan və xaricdən gələn həkimlərin elan olunmuş qəbul günləri. Yerlər məhduddur: əvvəlcədən yazılın, tarixi isə zənglə dəqiqləşdirin.
Bütün qonaq həkimlər- Dr. Öndər TulumbacıUzman ginekoloq, süni mayalanma mütəxəssisi
- Dr. Vəfa VəliyevaTibb üzrə fəlsəfə doktoru, mammoloq-cərrah
- Dr. Nərminə HüseynovaTibb üzrə fəlsəfə doktoru, həkim-endokrinoloq
- Dr. İsmayıl ƏsgərovTibb üzrə fəlsəfə doktoru, cərrah-fleboloq
- Dr. Nigar AbdullayevaPediatr
- Dr. Nüşabə XudakərimovaUşaq nevropatoloqu
- Dr. Günel HəsənovaRadioloq, ultrasəs mütəxəssisi
Yeni qəbul günləri klinikanın Instagram səhifəsində elan olunur.
Adımızdakı Genetics sözünün arxasında laboratoriya dayanır
İrsi xəstəliklərin təyini, hamiləlikdə dölün genetik müayinəsi və daşıyıcılıq testləri üçün nümunə klinikada götürülür. Testin adına toxunun: qısa izahı açılacaq.
NIPT nədir?
Hamiləliyin 9–10-cu həftəsindən ananın qanında dölün DNT-sini araşdıran, ana və döl üçün risk yaratmayan skrininq testidir. Daun sindromu kimi xromosom dəyişikliklərinin ehtimalını göstərir. Ətraflı
WES testi nədir?
Tam ekzom sekvenləmə genlərin zülal kodlayan hissələrini bir testdə oxuyur. Əlamətləri müxtəlif xəstəliklərə oxşayan hallarda genetik diaqnozu dəqiqləşdirmək üçün təyin olunur. Ətraflı
SMA daşıyıcılıq testi nədir?
Spinal əzələ atrofiyası irsi sinir-əzələ xəstəliyidir. Genetik test həm xəstəliyi aşkarlayır, həm də valideynlərin daşıyıcı olub-olmadığını göstərir. Ətraflı
Kistik fibroz testi nə üçündür?
Kistik fibroz ağciyər və həzm sisteminə təsir edən irsi xəstəlikdir. Test xəstəliyə səbəb olan gen dəyişikliklərini və daşıyıcılığı müəyyən edir. Ətraflı
Trombofiliya nədir?
Trombofiliya qanın laxtalanma meylinin artdığı vəziyyətdir. Genetik panel bu meylə səbəb olan irsi dəyişiklikləri axtarır; erkən diaqnostika riskləri vaxtında idarə etməyə imkan verir. Ətraflı
Sperm FISH testi nədir?
Sperm hüceyrələri xüsusi boyalarla işarələnir və müəyyən xromosomlar baxımından araşdırılır. Səbəbi bilinməyən sonsuzluqda və təkrarlanan düşüklərdə diaqnostik əhəmiyyət daşıyır. Ətraflı
Atalıq testi necə işləyir?
İki şəxsin DNT nümunələri müqayisə olunur və bioloji qohumluğun olub-olmadığı müəyyən edilir. Atalıq, analıq, bacı-qardaşlıq testləri eyni prinsiplə aparılır. Ətraflı
Kariotip analizi nədir?
Kariotip xromosomların sayına və quruluşuna mikroskop altında baxışdır. Təkrarlanan düşüklərdə, sonsuzluqda və anadangəlmə inkişaf qüsurlarında təyin oluna bilər. Ətraflı
Müayinə gözləmir
Radiologiya şöbəsi fasiləsiz işləyir; laboratoriya və USM bazar günləri də açıqdır. Nəticə ilə həkimə getmək üçün binadan çıxmaq lazım gəlmir.
Daimi qəbul edən həkimlər
Dr. Həqiqət Əliyeva
GinekoloqDaimi qəbul · Həftə içi hər günUzm. Dr. Sadiq Cəfərli
Cərrah mama-ginekoloqDaimi qəbul · Həftə içi hər günDr. Dilarə Həşimova
Mama-ginekoloqDaimi qəbul · Həftənin 2-ci, 4-cü və 6-cı günləriDr. Samirə Babayeva
Mama-ginekoloqDaimi qəbul · Hər həftənin cümə günüDr. Mina Qocayeva
PediatrDaimi qəbul · Həftənin 1-ci, 3-cü və 5-ci günləriDr. Rima Bağırova
Ali dərəcəli həkim-pediatrDaimi qəbul · Həftə içi hər günDr. Vaqif Dürüsgəri
NevropatoloqDaimi qəbul · Qəbul vaxtını qeydiyyatdan öyrəninDr. Elvin Məlikov
NevroloqDaimi qəbul · Həftə içi hər günMüraciətdən müalicə planına
Müraciət
E-qəbul, zəng və ya WhatsApp ilə şikayətinizi bildirirsiniz; qeydiyyat uyğun həkimi və vaxtı təklif edir.
Həkim müayinəsi
Həkim şikayəti dinləyir, baxış keçirir və hansı müayinələrin lazım olduğunu izah edir.
Diaqnostika
Analizlər, USM, rentgen, KT və MRT eyni binada aparılır; əksər hallarda başqa ünvana getmək lazım gəlmir.
Müalicə planı
Nəticələr həkimlə birlikdə müzakirə olunur, müalicə və növbəti baxışın vaxtı müəyyənləşir.
Həkimlərimiz izah edir
Ürək tutması zamanı ilkin yardım: nə etmək lazımdır?
Dərhal təcili yardıma zəng edin, xəstəni yarımoturaq vəziyyətə gətirin; huşsuzdursa və nəfəs almırsa, ürək-ağciyər reanimasiyasına başlayın.
Uşaq tez-tez xəstələnir: səbəb vitamin çatışmazlığıdırmı?
Tez-tez xəstələnmə həmişə vitamin çatışmazlığı ilə bağlı deyil; əlavə vitamin yalnız ehtiyac olduqda və həkim tövsiyəsi ilə verilməlidir.
Talassemiya: əlamətləri və müalicə yanaşmaları
Talassemiya irsi anemiyadır: yorğunluq, sarılıq və böyümə geriliyi ilə özünü göstərir, müalicədə qan köçürmələri və dəmir xelatorları tətbiq olunur.
Qonaq həkimin qəbuluna necə düşmək olar?
Dəvətli mütəxəssislər ayda bir və ya bir neçə gün qəbul edir. Yerlər məhdud olduğu üçün əvvəlcədən yazılmaq lazımdır: E-qəbulda həkimin adını qeyd edin.
Qəbula nə gətirməliyəm?
Şəxsiyyət vəsiqəsi, əvvəlki analiz və müayinə nəticələri, təsvirlərin diski və qəbul etdiyiniz dərmanların siyahısı kifayətdir.
Bazar günləri hansı xidmətlər var?
Bazar günləri laboratoriya, MRT, USM, exokardioqrafiya və rentgen işləyir; pediatr, kardioloq, nevropatoloq, terapevt, LOR və psixoloq qəbul edir.





